Almaniya Əfqanıstandan 25 min qaçqın qəbul edəcək

Almaniya Əfqanıstandan olan 25 min qaçqını qəbul edəcəyinə söz verib.

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Johanssonun üzv ölkələrə ünvanladığı məktubda bildirilib.

9 dekabr tarixli məktubda Aİ-nin daxili işlər üzrə komissarı üzv dövlətləri 2022-ci ilin sonuna qədər qaçqınların qəbul olunması ilə bağlı vədlərini yerinə yetirməyə çağırıb.

“Risk altında həssas qrupdan olan insanlar və qaçqınlar təhlükəsiz və ləyaqət içində yeni həyata başlamaq üçün getmələrini gözləyirlər”, – Aİ rəsmisi məktubunda bildirib.

Bu sənədə görə Almaniya 25 000 əfqan qaçqını, Hollandiya 3 100-dən çox qaçqını qəbul etməyə razılaşıb. Sənədə əsasən, Fransa və İspaniya 2500, İsveç isə 2000 nəfəri qəbul edəcək.

Mənbə: https://news.day.az/azerinews/1414205.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next post YARAT Müasir İncəsənət Məkanı onillik yubileyini qeyd edib