Bakıda ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Bakıda ağır yol qəzası baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə Səbail rayonunda, Dağüstü park yolunda qeydə alınıb.

BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə ərazi üzrə rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya faktı təsdiqləyib və bildirib ki, qeyd olunan yolda hərəkətin təmin olunması üçün lazımı tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://news.day.az/azerinews/1415116.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Ekvadorda avtobus qəzaya uğrayıb, onlara ölü və yaralı var
Next post “Üsyan etdiyim üçün Allahdan üzr istəyirəm” – İbrahim Borçalının həyat yoldaşı