Bakıda qazi olduğunu deyərək dilənçilik edən şəxs tutuldu

Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Polis Bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.
Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib. Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan  Elbrus Hüseynov barəsində 26-ci Polis Bölməsində  araşdırmalar davam etdirilir.

Mənbə: https://avtosfer.az/az/oxucu-mektublari/bakida-qazi-oldugunu-deyerek-dilencilik-eden-sexs-tutuldu-foto-129804

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Karqo şirkətləri çəkini artırmaq üçün məhsulu bir neçə paketə bükürlər – Ekspert
Next post Azərbaycanda qazi polis şöbəsinin qabağında özünü yandırmaq istədi