Bakıda qazilər yolu niyə bağladı? – Açıqlama

Bakıda bu gün bir qrup qazi Ziya Bünyadov prospektində yolu bağlayıb. Həmin şəxslər onlara məxsus torpaq sahəsindən çıxarılacaqları ilə bağlı “Azərenerji” tərəfindən təzyiqlərə məruz qaldığını iddia ediblər.

“Azərenerji” ASC-dən “Qafqazinfo”ya bildirilib ki, qeyd edilən ərazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasıdır: “Nazirlər Kabinetinin 103 saylı, 10.06.2005-ci il tarixli qərarına əsasən Yüksək Gərginlikli hava xəttinin mühafizə zonalarının vətəndaşlar tərəfindən zəbt edilməsi qanunaziddir və belə pozuntular cinayət məsuliyyətidir. Qeyd edilən ərazidə müxtəlif vaxtlarda bir sıra səbəblərdən dəfələrlə yanğınlar olub, xətlərdə açılmalar baş verib, minlərlə abonent işıqsız qalıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/bakida-qaziler-yolu-niye-bagladi-aciqlama-340830

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Azərbaycanda qazi polis şöbəsinin qabağında özünü yandırmaq istədi
Next post Günün qoroskopu: Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin