
Baltik dənizində iki yük gəmisi toqquşub
Baltik dənizinin İsveç sahillərində iki yük gəmisi toqquşub.
Day.Az Trend-ə istinadən bildirir ki, toqquşmadan sonra gəmilərdən biri çevrilib. İnsident İsveçin İstad şəhəri ilə Danimarkanın Bornholm şəhəri arasında baş verib.
Hadisə nəticəsində iki nəfərin suya düşdüyü deyilir. Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır.
Mənbə: https://news.day.az/azerinews/1414899.html