
Bu qız “Dünya gözəli” seçildi – FOTO
Hindistan təmsilçisi Harnaz Sandhu “Dünya gözəli” gözəllik müsabiqəsinin qalibi olub.
Day.Az Qaynarinfoya istinadən bildirir ki, İsrailin Eylat şəhərində baş tutan tədbir bazar ertəsi gecə müsabiqənin yutubdakı səhifəsində yayımlanıb.
Üzgüçülük geyimi yarışmasından sonra mərasimin final hissəsinə 10 iştirakçı daxil olub, sonra onlardan yalnız 5-i münsiflər heyətinin aktual mövzularda suallarını cavablandırmaq və finala yaxınlaşmaq imkanı əldə edib. Bu mərhələdən sonra Hindistan, Paraqvay və Cənubi Afrika Respublikasından olan iştirakçılar qalıb, onlar konkret mövzuda qısa çıxış edəcəklər.
Mənbə: https://news.day.az/azerinews/1414836.html