Ekvadorda avtobus qəzaya uğrayıb, onlara ölü və yaralı var

Ekvadorun cənubunda Morona Santyaqo əyalətinin Sukua kantonunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 25 nəfər yaralanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli qurumlar yayıb.

Bildirilir ki, şənbə günü gecə radələrində Huambi yaşayış məntəqəsində Macas-Loja marşrutu üzrə hərəkət edən avtobus hərəkət zolağından çıxaraq aşıb. Azyaşlı və böyüklərin də olduğu 25 yaralının müxtəlif yerli xəstəxanalara aparıldığı qeyd olunur.

Hadisə yerinə müvafiq xidmətlərin qüvvələri, o cümlədən xilasedicilər, təcili tibbi yardım cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.

Mənbə: https://news.day.az/azerinews/1414807.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Həftəsonu yol qəzalarında 5 nəfər ölüb
Next post Bakıda ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb