Həftəsonu toylarda karantini pozan 19 nəfər cərimələnib

11-12 dekabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 597 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, monitorinq 587 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 19 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 316 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Mənbə: https://news.day.az/azerinews/1414873.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Yaşayış binaları ilə bağlı yeni qadağalar nəzərdə tutulur
Next post Cinayətkar qrup 3 rayonda mal-qara oğurlayıb