Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 66 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Day.Az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatla bağlı 25 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Mənbə: https://news.day.az/azerinews/1414874.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Axtarışda olan şəxs silahla saxlanıldı
Next post Ekvadorda avtobus qəzaya uğrayıb, onlara ölü və yaralı var