
Ötən həftə azad olunan ərazilərdən 38 mina aşkarlanıb – FOTO
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.
ANAMA-dan Day.Az-a bildirilib ki, dekabrın 6-dan 11-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 9 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 262 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 78,3 hektar ərazi mina və PHS-lardan təmizlənib.
Mənbə: https://news.day.az/azerinews/1414957.html