
“Qarabağ” ilk oyununu harada keçirəcək?
UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkatmasının detalları müəyyənləşib.
Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, dekabrın 13-dəki mərasimdən öncə iştirakçılar 2 səbətə bölünüblər.
“Qarabağ” digər qrup ikinciləri kimi səpələnmişlər səbətində yer alıb. Bu komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.
Xatırladaq ki, pley-off mərhələsinin püşatma mərasimi sabah keçiriləcək.
Mənbə: https://news.day.az/azerinews/1414797.html