
“Qarabağ qaziləri” İctimai Birliyi: Bir qrup insan şəxsi mənafeləri üçün adımızdan istifadə edir
Açıqlamada bildirilir ki, yayılan məlumatlara görə, başqa-başqa təşkilat rəhbərləri özlərini “Qarabağ qaziləri” İctimai Birliyinin sədri və ya başqa səlahiyyətli nümayəndəsi kimi təqdim edirlər: “”Qarabağ qaziləri” ictimai birliyi rəsmən bəyan edir ki, bu qanunsuz hərəkətləri törədənlərin birliyə heç bir aidiyyəti yoxdur. “Qarabağ qaziləri” birliyinin sədri Qarabağ qazisi Asəf Əliyevdir. Onun rəhbərliyi altında “Qarabağ qaziləri” birliyi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş müharibə əlillərinin sosial-iqtisadi vəziyyətini, maddi rifahlarının yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində çalışan ictimai təşkilatdır. Bu istiqamətdə də öz fəaliyyətini davam etdirir”