Restoran icarədarı 4000 manat cərimələndi

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Day.Az-a verilən məlumata görə Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoran aşkarlanıb və icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı, restoranın icarədarı olan rayon sakini Elşad Abdullayevin obyektə vaksinsiz müştəri buraxdığı müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Mənbə: https://news.day.az/azerinews/1414981.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bu qız “Dünya gözəli” seçildi – FOTO
Next post Karqo şirkətləri çəkini artırmaq üçün məhsulu bir neçə paketə bükürlər – Ekspert