
ŞOK: “Qalatasaray” PSJ-nin dünyaca məşhur futbolçusunu transfer edir – Fransa mediası
“Qalatasaray” qışda heyətinə məşhur futbolçu qata bilər.
Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Fransa mediasının məlumatına görə, İstanbul nəhəngi PSJ-nin qışda yollarını ayıracağı 29 yaşlı fransalı müdafiəçisi Leyvin Kurzavanı transfer etmək istəyir. Lakin futbolçu paytaxt klubundan getmək niyyətində deyil. Adı çəkilən oyunçunun Paris klubuyla 2024-cü ilə kimi müqaviləsi var.