Son iki gündə vətəndaşlardan 21 ov tüfəngi götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxilıi İşlər Nazirliyinin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də və 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 21 ədəd ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı 4 ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Mənbə: https://news.day.az/azerinews/1414849.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Cinayətkar qrup 3 rayonda mal-qara oğurlayıb
Next post Ötən həftə azad olunan ərazilərdən 38 mina aşkarlanıb – FOTO