
Texasda yas mərasimində atışma olub – Ölən və yaralananlar var
ABŞ-da Texas ştatının Beytaun şəhərində baş vermiş atışma nəticəsində azı bir nəfər həlak olub.
Day.Az Trend-ə istinadən bildirir ki, daha 14 nəfər yaralanıb.
Yaralananlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.Hazırda hadisəni törədən şəxsin axtarışları aparılır. Atışmanın bir müddət əvvəl öldürülmüş şəxsin yas mərasimində baş verdiyi deyilir.
Mənbə: https://news.day.az/azerinews/1414872.html