“Üzr istəmək bir məna kəsb etmir” – Mahir Emreli

Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli çempionatda “Visla”ya uduzduqları matçdan sonra açıqlama verib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, klubun mətbuat xidmətinə danışan forvard 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı bunları deyib:

“İndi nəsə demək çətindir. Bu, “Legiya” tarixində bir ilkdir. Həddindən artıq çox oyun uduzduq. Daha əvvəl belə bir seriyanın olduğunu xatırlamıram. Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, bu fikirlə razı deyiləm. Top iki metrdən qapıya girmir.

Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bu vəziyyətdə üzr istəmək bir məna kəsb eləmir. İlin sonuna kimi iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.

Mənbə: https://news.day.az/azerinews/1414857.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Azərbaycanda gənc musiqiçi vəfat etdi
Next post “Qarabağ” ilk oyununu harada keçirəcək?