Vatsapda maraqlı yenilik – Yalnız ABŞ-da işləyəcək

Votsap tətbiq daxilində kriptovalyuta köçürmələrinə icazə verəcək.

Tətbiq ilk olaraq ABŞ-da istifadə olunacaq.

Hazırda məhdud sayda istifadəçiyə xidmət göstərən tətbiqlə kriptovalyuta köçürmələri anında və pulsuz həyata keçirilə bilər.

Kriptovalyuta köçürmələri “Meta”nın ana şirkəti olan Feysbuk və Votsapın rəqəmsal pul kisəsi tərtibatçısı “Novi” tərəfindən həyata keçirilir.

Votsapın rəhbəri Vill Katkart bildirib ki, “Novi” insanlara kriptovalyutaları anında, təhlükəsiz və pulsuz köçürməyə kömək edəcək.

Tətbiq daxilində kriptovalyuta köçürmələri ABŞ dollarına bağlanmış kriptovalyuta olan “Pax Dollars” ilə həyata keçiriləcək.

“Novi” saytında verilən məlumata görə, köçürmə funksiyası fotoşəkillər, xəritələr və sənədlərin göndərilməsi kimi işləyəcək.(publika.az)

Mənbə: https://news.day.az/azerinews/1414889.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Baltik dənizində iki yük gəmisi toqquşub
Next post Gecə yatanda telefonu yastığın altına qoyanlara XƏBƏRDARLIQ